Rusiyanın VTB bankı investisiya aləti kimi brilyantların ƏDV-siz satışına başlayıb.
FED.az xəbər verir ki, Rusiyanın maliyyə nəhəngi «VTB Bank» varlı müştərilər üçün «ALROSA» şirkətinin ƏDV tutulmayan brilyantlarının satışına başlayıb.
VTB ekspertlərninin proqnozlarına görə, bu il brilyantlar investorlanrın portfelini şaxələndirmək üçün qızıl külçələri kimi alətə çevriləcəklər.
Bankda bildirirlər ki, müştərilər rəngsiz, sarı və çəhrayı rənglərin müxtəlif çalarlarında brilyantlar ala bilərlər.
Bundan başqa, almaq üçün nadir variantlar da mövcuddur. Digər varianta görə, müştərilər 0,3 karatdan tutmuş 2 karatadək brilyantları vahid qiymətə ala bilərlər – buna «brilyant səbəti» deyilir.
BVTB-dən bildiriblər ki, varlı müştərilər investisiya brilyantlarını əvvəlcədən sifariş etməklə ala bilərlər.
Bütün brilyantlar müstəqil laboratoriya tərəfindəfn sertifikatlaşdırılıb. «Brilliant səbət»ləri üçün geri alma xidməti də mövcuddur. Nadir brilyantları isə, müştərilər satmaq istəsələr, «ALROSA»nan satış platformalarında sata bilərlər.
«Private Banking» şirkətinin və VTB-yə məxsus olan «Privileqiya» şirkətinin
Böyük vitse-prezidenti Dmitri Breytenbixer müştərilərə tövsiyə edir ki, investisiya portfelinin 7%-ni alternativ investisiyalara ayırsınlar.
Bunlardan biri və etibarlı variant isə brilyantlardır, çünki hələlik ƏDV-dən azaddır.
«Ən böyük investisiya potensialına malik olan brilyantlar rəngi gözəl olan 2 karat və daha yüksək olan variantlardır. Səbəbi odur ki, belə brilyantlar az tapılır və bu onların gələcəkdə bahalaşması deməkdir.
«ALROSA»nın strategiya üzrə direktoru Dmitri Amelkin isə bildirir ki, geri alma zəmanəti olduğuna görə brilyanta yatırımlar valyutaya yatırımlar kimi etibarlıdır və vəsaiti inflyasiyadan qorumaq üçün yaxşı varinat ola bilər.