FED.az xəbər verir ki, “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Kostin: “VTB Azərbaycanda mövcudluğunu saxlayacaq”
“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə “VTB Bank”ın İdarə Heyəti və kollektivi adından səmimi təbriklərimizi qəbul edin. Azərbaycan Respublikası iyirmi ilə yaxındır ki, Sizin rəhbərliyinizlə iqtisadi və sosial sahədə sanballı nəticələr qazanır, beynəlxalq arenada nüfuzunu ardıcıl olaraq möhkəmləndirir, müasir dövrün mürəkkəb çağırışları şəraitində milli inkişaf potensialını dinamik şəkildə reallaşdırır”, - deyə təbrikdə bildirilir.
O qeyd edib ki, ölkələrimizin qarşılıqlı sabit müttəfiqlik fəaliyyətinin daha da möhkəmlənməsi üçün şəxsən İlham Əliyevin göstərdiyi böyük səyləri Rusiyada yüksək qiymətləndirirlər.
“Fürsətdən istifadə edib “VTB Bank”ın Azərbaycandakı təşəbbüslərinə və layihələrinə diqqətinizə görə Sizə təşəkkür edirəm. Bu bankın ehtiyac duyulan maliyyə vasitələri və xidmətləri ilə zənginləşməsinə bundan sonra da kömək göstərilməsini vacib və perspektivli hesab edirik. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla həyata keçməsini, Sizə və yaxınlarınıza tükənməz qüvvə, sağlamlıq, əmin-amanlıq diləyirik”, - deyə Kostin vurğulayıb. (İnterfaks-Azərbaycan)