Ölkədə son 1 ayda bankomatların sayı artsa da, POS-terminalların sayı azalıb. Bu Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar ayının yekunu üçün açıqladığı məlumatda göstərilib.
FED.az AMB-ə istinadən xəbər verir ki, bu ilin yanvar ayında ölkədəki bankomatların sayı 2 min 510 ədəd olub ki, bunun da 1 min 333 ədədi (53,11%) Bakının, qalan 1 min 177 ədədi (46,89%) isə regionların payına düşür.
Eləcə də bax: Maaşını kartla alanların sayı kəskin artıb - RƏQƏMLƏR
Bu göstəricilər ötən ilin eyni dvrünə nisbətən 71 ədəd (2,91%) artıb. Ötən aya nəzərən isə artım 8 ədəd (0,32%) olub.
POS-terminalara gəldikdə, onların sayı bu ilin yanvar ayında 65 min 975 ədəd olub. Bunların da 38 min 910 ədədi (58,98%) Bakının, 27 min 65 ədədi (41,02%) isə regionların payına düşür.
POS-terminlların sayı ötən ilin müvafiq dövründə 65 min 181 ədəd, ötən ay isə 66 min 110 ədəd idi.
Deməli 1 ildə POS-terminalların sayı 794 ədəd (1,22%) artıb, amma 1 ayda isə 135 ədəd (-0,20%) azalıb. Onu da qeyd edək ki, ötən il ən çox POS-terminal sayı dekabr ayında (66 min 110 ədd) qeydə alınıb.
POS-terminallar artacaqdı, azaldı - RƏQƏMLƏR
12:38
11 Mart 2019