Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli valyuta kursunun rekord dərəcədə aşağı düşməsi fonunda ölkənin Mərkəzi Bankının başçısı Murat Uysalı istefaya göndərib.
FED.az bildirir ki, bu barədə “Resmi Gazete” xəbər verib.
“Respublikanın Mərkəzi Bankının başçısı Murat Uysal, qanunvericiliyə uyğun olaraq, tutduğu vəzifədən azad olunur”, - məlumatda deyilir.
Türkiyə Mərkəzi Bankının rəhbərini dəyişməsinin səbəbi türk lirəsinin son günlər sürətlə dəyərdən düşməsidir. FED.az xəbər verir ki, ötən gün türk lirəsi dollar qarşısnıda bir qədər də zəifləyərək 8,58 ldirəyə düşüb. Avro isə 10 lirəni keçərək 10,2 lirə olub.
Bu vəzifəyə Naci Ağbal təyin olunub. Daha əvvəl o, ölkə Prezidenti Administrasiyasında idarə rəhbəri, həmçinin maliyyə naziri (2015-2018-ci illərdə) vəzifələrində çalışıb.