"Paşa Holdinq"in 2018-ci ilin sentyabrında təsis edilmiş "Zetrix Azərbaycan" şirkəti ləğv edilir.
FED.az xəbər verir ki, kommersiya şəxslərin reyestrində "Zetrix Azerbaycan" MMC-nin ləğv prosesində olması göstərilir. "Zetrix Azərbaycan" MMC 2018-ci il sentyabrın 24-də 100 milyon 200 ABŞ dolları nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qeydiyyatı barədə məlumat noyabrın 14-də dərc edilib.
Şirkətin direktoru "PAŞA Holding" MMC-nin direktor müavini və bu holdingin hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Vadim Şneyer idi.
"Zetrix Azərbaycan"ın yarandıqdan bir neçə ay sonra ləğv edilməsinin səbəbi məlum deyil.
"PAŞA Holding" 2006-cı ildən fəaliyyət göstərir və maliyyə, sənaye, kənd təsərrüfatı, turizm, tikinti, əmlak, mehmanxana biznesində və s. fəaliyyət göstərən təxminən 100 şirkətini birləşdirir.
Eləcə də bax: Avropa Bankı Azərbaycan şirkətlərinə manatla - KREDİT AYIRA BİLƏR
"Paşa Holdinq"in 100 milyon dollarlıq müəssisəsi ləğv edilir
15:04
7 Fev 2019