Hesablama Palatasının auditinin Mərkəzi Bankın yalnız inzibati-təsərrüfat fəaliyyətinin əhatə etməsi təklif olunur.
Taleh Kazımov: "Hesablama Palatası AMB-nin monetar siyasətinin auditini həyata keçirə bilməz"
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi üçün qanun layihələrinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, banklarda baş mühasib, filial rəhbəri, daxili audit xidmətini rəhbəri və s. kimi rəhbər şəxslər üçün attestasiya tələbinin ləğv edilməsi kimi yeniliklər gözlənilir. Bundan əlavə banklar filial açmaq üçün MB-dən icazə almayacaq.