Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinin auditini həyata keçirə bilməz.
Mərkəzi Bankın sədri: "Daha çox narahat olduğumuz məsələ inflyasiyadır"
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, dünyada belə bir praktika yoxdur ki, hansısa üçüncü qurum gəlib mərkəzi bankın monetar siyasətinin auditini etsin.
"Hesablama Palatası da bunu başa düşür ki, AMB-nin monetar siyasətinin auditini həyata keçirə bilməz. Qurumlar arasında anlaşma olub. Buna görə də Palata yalnız Mərkəzi Bankın inzibati-təsərrüfat fəaliyyətini yoxlaya biləcək", - deyə T.Kazımov əlavə edib. (Report)