2023-cü ildə Sahibkarlığın İnkişaf Fondunun (SİF) əsas rəhbər heyətinin əldə etdiyi əmək haqqı və mükafatların məbləği açıqlanıb.
FED.az bu barədə Fonda istinadən xəbər verir ki.
Belə ki, Sahibkarlığın İnkişaf Fondunun əsas rəhbər heyətinə ötən il 697 min manat vəsait ödənilib.
Bu 2022-ci illə müqayisədə 82 min manat və ya 13,3.% çoxdur.
Qeyd edək ki, 2022-ci ildə ödənilmiş vəsaitlərin həcmi 615 min manat təşkil edib.