Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 2021-ci il yanvar ayının 1-nə 14 157 mlrd. manat təşkil edib.
Eləcə də bax: Ən çox mikro biznesin olduğu rayonlar açıqlandı – SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verir.
Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələrdə Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonudur. Paytaxtda bu göstərici 11 330 mlrd manat, Aranda 722 milyon, Gəncə-Qazaxda 623 milyon manat təşkil edir.
Digər pillələrdə Abşeron iqtisadi rayon (457 mln manat), Lənkəran iqtisadi rayon (246 mln manat), Şəki-Zaqatala (232 mln manat), Naxçıvan iqtisadi rayon (206 mln manat), Dağlıq Şirvan iqtisadi rayon (67 mln manat), Yuxarı Qarabağ iqtisadi rayonu (57 mln manat) dayanır.