Ötən il Mərkəzi Bank dövriyyədən 5.73 mlrd. manat pul nişanı çıxarılıb, 5.86 mlrd. manat pul nişanı isə buraxılıb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 0.76% (131 mln. manat) artaraq ilin sonuna 17.44 mlrd. manat təşkil edib.
Hazırda milli valyuta üzrə ehtiyatlar 8.9 mlrd. manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonunadək tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir. Mərkəzi Bank tərəfindən 2024-cü il ərzində yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
1 və 3 qəpiklik metal pul nişanları daha öncə yenilənmiş 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına uyğun olaraq arxa tərəfinin dizaynına Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də istehsal ili əlavə edilməklə yenilənib.
Yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanları tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.