2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 15 milyard 114,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib.
FED.az bu barədə Mərkəzi Bankın illik hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 4 milyard 475,7 milyon manat, başqa sözlə 42,1 % çoxdur.
Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 2 milyard 333,6 milyon manat (əvvəlki ilə nisbətən 1 milyard və ya 785,4 milyon amnat və ya 4,3 dəfə çox) olan 62 emissiya prospekti və 3 informasiya memorandumu təsdiq edilib.
Emissiya prospektlərinin sayında 28 ədəd (82,4%) artım baş versə də, informasiya memorandumn ayında 1 ədəd (25%) azalma baş verib.