Ötən il “İş planı” ilə həyata keçirilən tədbir nəticəsində 10,7 mln manat dövlət vəsaitinin müvafiq qaydada bərpası təmin edilib.
Eləcə də bax: Komitə sədrindən dövlət büdcəsi ilə bağlı - YENİ TƏKLİFLƏR
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.
Məlumata görə, hesabat dövründə bərpa edilən vəsaitin 9 mln 205,6 min manatı (bundan əlavə 4,2 min ABŞ dolları) dövlət büdcəsinin, 1 mln 274,4 min manatı Dövlət Sosial Müdafiə Fondunun, 220,1 min manatı isə qurumların hesabına bərpası təmin edilib.
Qeyd edək ki, eyni dövrdə ümumilikdə bərpa edilmiş vəsaitdə tikinti sektoru ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanların payı 43%, vergi, rüsum və s. ödənişlər üzrə 17,9%, digər istiqamətlər üzrə isə 17,5% təşkil edib.(Report)