Azərbaycanın ən böyük konsert və tədbir məkanlarından olan «Bakı Kristal Zalı» MMC 2020-ci ilin nəticələrini açıqlayıb.
Əmlak Məsələləri Dövlət Xidməti ötən il 62 milyon manatadək gəlir əldə edib
FED.az xəbər verir ki, ötən il şirkət cəmi 7200 min manat xalis mənfəət əldə edib.
2020-ci ildə şirkətin əməliyyat gəlirləri 2 milyon 980 min manat, sair gəlirləri 4 min manat olub. Beləliklə il ərzində ümumi gəlirləri 2 milyon 984 min manat təşkil edib.
Bu 2019-cu illə müqayisədə 300 min manat və ya 10% azdır.
Ən maraqlısı odur ki, «Bakı Kristal Zalı» MMC bu pulları az qala qəpiyinə kimi xərcləyib. Şirkətin ümumi xərcləri 2 milyon 975 min manat olub.
Məsələn, material xərcləri 211 min manat, kommersiya xərcləri 1 072 min manat, 1 691 min manat olub.
Şirkət ilk ərzində təkcə əmək haqlarına 1 milyon 86 min manat xərcləyib - ayda 90,5 min manat.
2019-cu ildə isə bu rəqəmlər ildə 721 min manat və ayda 60 min manat təşkil edirdi.
Başqa sözlə, ötən il əməkhaqqı xərcləri 50% artıb.
Nəticədə «Bakı Kristal Zalı» MMC-nin illik əməliyyat mənfəəti cəmi 9 min manat olub, bundan 1800 manat vergi ödəyəndən sonra xalis mənfəət 7200 manat təşkil edib.
Maraqlıdır ki, «Bakı Kristal Zalı» gəlir, xərc və mənfəəti ilə bağlı bu göstəriciləri demək olar ki, 2019-cu ildəki rəqəmləri təkrarlayır.
Belə ki, 2019-da şirkətin ümumi gəlirləri gəlirləri 3 milyon 295 min manat, xərcləri isə 3 milyon 285 min manat olub. Yəni əməliyat mənfəəti 9500 manat olub, 1900 manat vergi ödənişindən sonra «Bakı Kristal Zalı»nın illik xalis mənfəəti cəmi 7600 manat olub.
Başqa sözlə, ölkənin ən böyük konsert meydançası 2019-cu ildə ayda 630 manat, 2020-ci ildə isə ayda cəmi 600 manat xalis mənfəətlə işləyib.
Baxmayaraq ki, pandemiya səbəbindən 2019 və 2020-ci illər tamamilə fərqli sosial iqtisadi vəziyyətdə və fərqli biznes aktivliyi şəraitində keçib.
Müəssisənin cəmi aktivləri təqribən 175 milyon manat ətrafındadır. Ötən il bu göstərici cüzi məbləğdə - 60 min manat və ya 0,03% azalaraq 174 290 min manatdan 174 230 min manata enib.
Bu dövrdə şirkətin qısamüddətli aktivləri 500 min manat artaraq 4,6 milyon manatdan 5,1 milyon manata yüksəlib.
Uzunmüddətli aktivlər isə 570 min manat azalaraq 169 685 min manatdan 169 111 min manata enib.
Ötən il «Bakı Kristal Zalı»nın öhdəlikləri 6 milyon manatdan çox artaraq 99,8 milyon manatdan 105,9 milyon manata yüksəlib.
Şirkətin nizamnamə kapitalı 191,7 milyon manat olsa da, indiyədək 17 milyon manat zərər yığılıb və ona görə də aktivləri 174 milyon manat həddindədir.