2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 61,576 milyon manat gəlir əldə edib.
Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi - 2,3 Mln Manat Gəlir Əldə Edib
FED.az xəbər verir ki, bunun 59,1 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayrılıb.
Dövlət Xidmətinin birja əməliyyatlarından gəlirləri 2,2 milyon manat, sair əməliyyat gəlirləri 277 min manat təşkil edib.
Ötən il qurumun xərcləri isə 44 milyon manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 10,7 milyon manat, sərf edilmiş materialların dəyəri 239 min manat, amortizasiya xərcləri 2,641 milyon manat, sair əməliyyat xərcləri isə 30,482 milyon manat olub.(report)