Azərbaycanda bank kartlarının sayı artdığı kimi, onlardan nağdsız ödənişdə istifadə sayı da yüksəlməkdədir. Cari ilin ilk yarısında qeydə alınan rəqəmlər ölkə tarixində yeni rekorddur.
Eləcə də bax: Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı - AÇIQLANIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin ilk yarım ildə Azərbaycanda POS-terminallarla aparılan nağdsız ödəniş əməliyyatlarının həcmi 41 faiz artaraq 2 mlrd. 494 mln. manat olub. Təkcə iyun ərzində POS-terminallarla nağdız ödəniş 484 milyon manat olmaqla indiyə qədər qeydə alınmış ən yüksək rəqəm olub.
2022-ci ilin birinci yarısında ölkədə elektron-ticarətlə ödənişlər öncəki ildən 3 dəfəyə yaxın artmaqla 7 milyard 347 milyon manat olub. Belə görünür ki, 2022-ci il üzrə e-ticarət ödənişlərinin həcmi 15-16 milyard manata çatacaq.
İyun ayı üzrə elektron ödənişlərin həcmi 1 milyard 526 milyon manat olmaqla – tarixi rekord yeniləyib.
Nağdsız ödənişlər, mln. manat |
|||||
2022, yarımil |
2021, yarımil |
||||
|
POS-terminal |
E-ticarət |
POS-terminal |
E-ticarət |
|
Yanvar |
384 |
920 |
221 |
360 |
|
Fevral |
361 |
1,016 |
250 |
370 |
|
Mart |
443 |
1,242 |
342 |
450 |
|
Aprel |
387 |
1,270 |
311 |
421 |
|
May |
435 |
1,373 |
313 |
440 |
|
İyun |
484 |
1,526 |
327 |
496 |
|
CƏMİ |
2,494 |
7,347 |
1,764 |
2,537 |
|