Azərbaycanda bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 225 min ədəd artaraq 12 milyon 244 min ədəd təşkil edib.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər azalıb - RƏQƏMLƏR AÇIQLANDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın hesabatına görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 28.9% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 76 min, kredit kartları 348 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.