30 oktyabr 2021-ci il tarixində Azərbaycan bankları tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 15 milyard 997.3 milyon manata çatıb.
Eləcə də bax: Bank sektorunun kredit qoyuluşlarında - BÖYÜK ARTIM
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın verditi məlumata görə, müştərilərə verilmiş kreditlər 2021-ci ilin oktyabr ayında 458.6 milyon manat, ötən ilin sonuna nisbətən isə 1 milyard 840.3 milyon manat artıb.
Biznes kreditləri oktyabr ayında 350.1 milyon manat artaraq 9 milyard 352.4 milyon manata çatıb.
İstehlak kreditləri oktyabr ayında 75.7 milyon manat artaraq 4 milyard 314.7 milyon manata yüksəlib.
İpoteka kreditləri oktyabr ayında 32.8 milyon manat artaraq 2 milyard 330.2 milyon manata qalxıb.