2021-ci ilin Oktyabr ayında Azərbaycanın bank sektorunun kredit qoyuluşları 458,6 milyon manat artıb.
Eləcə də bax: Ən çox sayda dövlət zəmanətli kredit verən - 5 BANK
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 01.11.2021-ci il tarixində cəmi kredit qoyuluşları 15 milyard 997.3 milyon manata çatıb. Sentyabrın ayının sonunda cəmi kredit qoyuluşları 15 milyard 538,7 milyon manat təşkil etmişdi.
Sentyabrda cəmi kredit qoyuluşları 331,9 milyon manat artmışdı.
Ötən ilin sonu ilə müqayisədə isə (cari ilin 10 ayı ərzində) cəmi kredit qoyuluşları 1 milyard 692.6 milyon manat artıb.
Kredit qoyuluşları, milyon manat ilə
01.11.2021 15997.3
01.10.2021 15538.7
01.09.2021 15206.8
01.08.2021 14966.5
01.07.2021 14856,9
01.06.2021 14691,4
01.05.2021 14611,8
01.04.2021 14352.4
01.03.2021 14246,1
01.02.2021 14213,8
01.01.2021 14157.0
01.12.2020 14304.7
(Marja)