Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113,2 milyon manat təşkil edib.
Ötən ay dövlət büdcəsinin gəlirləri proqnozdan çox, xərcləri isə az olub
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu təşkilatların ödənişli xidmətlərindən daxilolmalar proqnozdan 40,8 milyon manat və ya 26,5% az olub. Daxilolmaların həcmi pro proqnoza qarşı 73.5% icra olunub.
Qeyd edək ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat təşkil edib ki, bu da proqnozu 58,3 milyon manat və ya 0.9 faiz üstələyib. Dövlət büdcəsinin xərcləri 4 milyard 803,4 milyon manat proqnoza qarşı 4 milyard 643,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.7 faiz təşkil edir. Xərclər proqnozdan 160,3 milyon manat az icra olunub











