Cari ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, aylıq proqnozdan 32 milyon manat və ya 0,9 faiz çoxdur.
Yanvar ayında dövlət büdcəsinin xərcləri 1 milyard 437,6 milyon manat olub. Bu, proqnozdan 4,2% və ya 62,4 milyon manat azdır.
Nazirliyin məlumatına görə, dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487 milyon manat təşkil edərək proqnozdan 2 milyon manat və ya 0,4% çox icra edilib.
Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox olub.
Dövlət Neft Fondundan transfert isə 1 milyard 70,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub.
2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri isə 1 milyard 717,5 milyon manat məbləğində icra edilib. İcmal büdcənin profisiti 2 milyard 694,4 milyon manat olub.










