Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, ödəniş ekosistemində innovativ, sürətli və təmassız ödəniş həllərinin aktiv tətbiqi və onlar arasında qarşılıqlı inteqrativliyin təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı ödənişdə “QR kod”u daha - Effektiv Sayır
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində ölkədə QR kodla təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədi ilə “Ödənişlər üçün QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) hazırlanaraq təsdiq edilib.
Metodoloji Rəhbərlik bir çox aparıcı ölkələrin təcrübələri, həmçinin "Azərbaycan Banklar Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliiklərinin təklifləri nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, ölkədə ümumi istifadə üçün nəzərdə tutulan QR kodun tərtibatı ödəniş sahəsi üzrə nüfuzlu EMVco təşkilatının təsərrüfat subyekti tərəfindən təqdim olunan QR kod üzrə standartlara uyğunlaşdırılıb.
Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyətlərin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatlarının təqdim etdiyi QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsini təmin edəcək.