2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş AÖS vasitəsilə 2021-ci ilin altı ayı ərzində həyata keçirilən ödənişlərin sayı 37 min ədəd, həcmi isə 97 mln. manat olmuşdur.
Eləcə də bax:Ani Ödənişlər Sistemində "QR kod"la ödəmə imkanı - Yaradılıb
FED.az Banker.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri üzrə icmalda deyilir.
Sistemin “AniPay” mobil tətbiqinin funksionallığının genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, cari ildə AÖS platformasında “QR kod” nağdsız ödəniş imkanı yaradılmışdır.
Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir.
Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” ödəniş üsulundan istifadə daha effektiv hesab olunur.