2021-ci ilin noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb. Bu məbləğ noyabrdakı tələblərin cəminə bərabərdir. Hərraclarda tələb tam təmin edilir.
Eləcə də bax: Bankların əhaliyə nağd dollar satışı yüksəldi – Son Ayda 67% Artım!
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu, 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satıldığını açıqlamışdı. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabr ayında valyuta satışı 314 milyon dollar və ya 58,2% artıb.
Noyabrda keçirilmiş valyuta hərracları və tam təmin edilmiş tələblər:
02 noyabr 2021-ci il: 87,3 milyon ABŞ dollar
04 noyabr 2021-ci il: 88,9 milyon ABŞ dollar
10 noyabr 2021-ci il: 56,5 milyon ABŞ dollar
12 noyabr 2021-ci il: 88,6 milyon ABŞ dollar
16 noyabr 2021-ci il: 90,1 milyon ABŞ dollar
18 noyabr 2021-ci il: 97,6 milyon ABŞ dolları
23 noyabr 2021-ci il: 96,5 milyon ABŞ dollar
25 noyabr 2021-ci il: 105,5 milyon ABŞ dolları
30 noyabr 2021-ci il: 142,9 milyon ABŞ dolları
(Marja)