Azərbaycan əhalisinin nağd ABŞ dollarına və avroya tələbi daha çox yüksəlib, digərlərinə isə azalıb.
Eləcə də bax: Banklarda dollar əmanətlərinin payı bir qədər də azaldı - SON VƏZİYYƏT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistikasında bildirilir.
2021-ci ilin oktyabr ayı ərzində banklar tərəfindən 159.26 milyon ABŞ dolları əhaliyə satılıb. Bu da öncəki ayla müqayisədə 63.86 milyon dollar, yaxud 66.9% artım dinamikasıdır. Oktyabrda əhalinin qeydə alınmış dollar tələbi 2021-ci ilin fevralından bu tərəfə qeydə alınmış ən yüksək göstəricidir.
2021-ci ilin birinci rübdən sonra, bankların əhalidən aldığı dolların, satdığı dolları üstələməyirdi. Birinci rübdə banklar əhalidən 330.7 milyon dollar almış, 626.3 milyon dollar satmışdır, ikinci rübdə 358.1 milyon dollar almış, 286.8 milyon dollar satmış və üçüncü rübdə isə 363.7 milyon dollar almış və 284.9 milyon dollar satmışdır. Beləliklə, əhalinin ilk rübdən sonrakı dövrlərdə dollarının böyük hissəsini banka satmalı olub. Bu aprel ayından başlayaraq davam edirdi.
Lakin oktyabr ayı bu beş aylıq tendensiyanı (əhalinin dollarını banka qaytarması) pozmalı oldu. Belə ki, bankların əhalidən dollar alışı son ayda 20.38 milyon dollar, yaxud 16.9% azalmaqla 100.21 milyon dollar təşkil etdi.
Noyabr əhalinin və şirkətlərin dollar alışının yüksəldilməsi “normal haldır”. Mümkündür ki, dekabrda da yüksək tələb olsun.
Bu əməliyyatlardan sonra ABŞ dollarının orta mübadilə məzənnəsi 1.6977 manatdan 1.6991 manata yüksəldi. Yeri gəlmişkən, bu göstərici aprel ayında 1.7002 manat təşkil edirdi.
Beləliklə, cari ilin ilk on ayında yerli banklar tərəfindən əhaliyə nağd 1 milyard 357.2 milyon dollar satılıb və əhalidən 1 milyard 152.73 milyon dollar alınıb ki, bu da 204.46 milyon dolların əhalinin “yastığı” altına getməsi deməkdir.
Əhalinin dollardan sonra özünə ikinci ən çox tələb olunan valyutası isə avrodur. Baxmayaraq ki, avro dünyada son aylarda əsas rəqibi qarşısında zəiflim nümayiş etdirir, Azərbaycan əhalisinin Avrozonanın vahid pulu üçün tələbi öncəki ayla müqayisədə 4.29 milyon avro, yaxud 35.4% artım olub. Oktyabrda əhali nağd 16.39 mln. avro yerli banklardan satın alıb.
Nağd ingilis puluna tələb 44% azalmaqla 952.33 min funt sterlinqə, Rus puluna isə 8% azalmaqla 204.87 milyon rubla düşüb.
DÖVLƏT NEFT FONDU HƏRRACLARDA
Azərbaycanın suveren fondu rolunu oynayan Dövlət Neft Fondu 2021-ci ilin oktyabr ayında 539.9 milyon ABŞ dolları satmışdı. Həmin 8 hərracda satılan ABŞ dollarının həcmi öncəki aydan 4.5% az idi. ARDNF ilin ilk ilk 10 ayı ərzində isə 4 milyard 848 milyon dollarlıq valyutasını manatın məzənnəsinin qorunması üçün valyuta bazarına çıxarıb.
Banker.az analitika qrupu bildirir ki, Azərbaycanda noyabrın ilk yeddi valyuta hərraclarında banklara 606 mln. dollar satılması, noyabr üzrə əhaliyə dollar satışının oktyabrda 25-30% daha çox olacağı ehtimalını yaradır.
Valyuta bazarında dollar satışı , mln. | |||
Tarix | ARDNF-in banklara dollar satışı | Əhalidən $ alış | Əhaliyə $ satışı |
Yanvar 2021 | $ 644.50 | $ 67.73 | $ 325.40 |
Fevral 2021 | $ 440.40 | $ 142.40 | $ 167.40 |
Mart 2021 | $ 397.80 | $ 120.58 | $ 133.45 |
Aprel 2021 | $ 510.00 | $ 130.63 | $ 129.96 |
May 2020 | $ 312.82 | $ 99.01 | $ 80.06 |
İyun 2021 | $ 463.60 | $ 128.46 | $ 76.73 |
İyul 2021 | $ 461.50 | $ 119.11 | $ 94.19 |
Avqust 2021 | $ 512.20 | $ 124.01 | $ 95.34 |
Sentyabr 2021 | $ 565.40 | $ 120.60 | $ 95.40 |
Oktyabr 2021 | $ 539.90 | $ 100.21 | $ 159.26 |