Dünyanın ən böyük suveren fondlarından olan Norveçin Sərvət Fondunun vəsaitlərinin həcmi 2 trilyon dollara yaxınlaşıb.
Azərbaycanın Neft Fondu London aeroportuna - 50 MİLYON FUNT YATIRIM EDİB
FED.az xəbər verir ki, 2025-ci ildə fondun hesablarında 1 trilyon 936 milyard dollar vəsait toplanıb.
Nəticədə cəmi 5 milyon əhalisi olan Norveçin Neft Fondunda əhalisinin adambaşına 380 min dollar toplanıb.
Neft Fondunda da qənaət başladı - BÜDCƏYƏ KÖÇÜRMƏLƏR 1 MİLYARD DOLLAR AZALDI
Norveç Neft Fondunun əvvəlcə neft gəlirləri, daha sonra isə fondun vəsaitlərini investisiya etməklə toplayıb artırır. 1968-ci ildə Ağ dənizdə neft tapılandan sonra buradan əldə edilən gəlirlərin ayrıca Fonda toplanması qərara alındı.
1998-ci ilədək fondun hesbalarında 23 milyard dollar toplandı. Həmin il fondun vəsaitlərinin müxtəlif sahələrə yatırılması qərara alındı.
Neft Fondunun ən çox yatırım etdiyi şirkətlər: “NVIDIA”, “Microsoft” və "Apple" - MƏBLƏĞLƏR
Nəticədə Fondun ehtiyatları 2000-ci ildə 44 milyard dollar, 2005-ci ildə 207 milyard dollar, 2010-ci ildə isə 529 milyard dollara çatdı.
Neft Fondu İtaliyada 14 günəş enerjisi stansiyası alır - FOND RƏHBƏRİ: "BU İLK ADDIMDIR"
2017-ci ildə Norveç Neft Fondunun sərvəti ilk dəfə olaraq trilyon dolları keçdi -= 1 trilyon 38 milyard dollar.
2024-cü ilin sonunda Fondun pulları 1 trilyon 768 milyard dollara çatıb, 2026-ci ildə isə bu rəqəm 1 trilyon 936 milyard dollar təşkil edib.
Norveç Neft fondunun menecmenti bu pulları dünyanın 7 regionunda 69 ölkəyə yatırır. Azərbaycana yaxın vəya qonşu ölkələrdən Fond Rusiya, Ukrayna, Moldlva, Qırğızıstan, Türkiyəyə yatırım edib.
Fondun pulları maliyyə, sənaye, səhiyyə, istehsal, daşınmaz əmlak, telekommunikasiya, xammal, texnologiya, energetika, kommunal xidmətlər və sair şirkətlərin səhmlərinə yatırılıb. Vəsəitlərin bir hissəsi istiqrazlar və müxtəlib gəlirli borc kağızlarında saxlanılır.
Bundan başqa, Norveç Fondu dünyanın müxtəlif ölkələrində daşınmaz əmlaka – ticarət mərkəzlərinə, ofis və sənaye əmlaklarına, yaşayış evlərinə və sairə yatırım edir.
Nəhayət, Noveçin Neft Fondu, günəş və külək enerjisinə, infrastrukturlara və sairəyə pul yatırır.
Məsələn, fond 15 ölkədə 1583 əmlaka, 50 ölkədə isə 8400 istiqraza yatırım edib.
Bərpa olunan enerji mənbələrinə yatırımlar isə 5 ölkəni əhatə edir və 10 investisiya var.