Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyada günəş enerjisi layihələrinə sərmayə yatırır – Enfinity ilə tərəfdaşlıq çərçivəsində 49 %-lik pay alır. Artıq ABŞ-ın "Enfinity Global Inc." şirkətinin İtaliyadakı günəş enerjisi aktivlərində pay əldə etmək barədə razılıq əldə edib.
Neft Fondu: "Ərəb Əmirliyindəki təhsil şirkətindən - 15%-dən çox gəlir gözləyirik"
FED.az xəbər verir ki, sövdələşməyə əsasən, ARDNF "Enfinity"yə məxsus ümumilikdə 402 meqavat gücündə olan portfelin 49 %-ni alacaq. Bu portfelə İtaliyanın Latsio və Emiliya-Romanya bölgələrində yerləşən 14 günəş elektrik stansiyası daxildir. Layihələrin bir hissəsi artıq istismardadır, digərləri isə inşa mərhələsindədir. Layihələr uzunmüddətli enerji alqı-satqı müqavilələri ilə təmin olunub. Nəzarət payı isə “Enfinity” şirkətində qalacaq.
"Bu investisiya İtaliyada yeni layihələrin inkişafını maliyyələşdirməyə imkan verəcək. Bərpa olunan enerji bazarında hələ də böyük inkişaf potensialı var", – “Enfinity”nin baş direktoru Karlos Domeneç qeyd edib.
ARDNF-ın icraçı direktoru İsrafil Məmmədov isə bildirib ki, bu, Fondun İtaliyada və daha geniş Avropada bərpa olunan enerji sahəsində mövcudluğunu genişləndirmək üçün atdığı ilk addımdır.
Hazırda ARDNF-ın ümumi investisiya portfeli 60 milyard ABŞ dollarına yaxındır və infrastruktur, daşınmaz əmlak, səhmlər və digər aktivləri əhatə edir. (Apa)