Amerika hakimiyyəti kövrək və şokdan ciddi şəkildə təsirlənən iqtisadi sistem formalaşdırıb.
"Allah dünyamıza rəhmət eləsin"
FED.az xəbər verir ki, bu, amerikalı iqtisadçı, 2001-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlitsin bazar günü “The Washington Post” qəzetində dərc olunan məqaləsində deyilir.
Nəşr vurğulayır ki, bəzi analitiklər ABŞ-da daha irimiqyaslı iqtisadi sarsıntıların yaranmasından ehtiyat edirlər.
Əvvəllər Dünya Bankının baş iqtisadçısı vəzifəsini tutan Stiqlitz, "İqtisadi sistem hər cür sarsıntılar zamanı özünü tənzimləmək qabiliyyətinə malik deyil" deyib.
"Biz daha kövrək və buna görə də şokdan təsirlənmə ehtimalı daha yüksək olan iqtisadi sistem yaratdıq. Yaşadığımız sarsıntıların daha ciddi nəticələri var",- ABŞ-ın 42-ci prezidenti Bill Klintonun administrasiyasında Ağ Evdə İqtisadi Məsləhətçilər Şurasının sədri olmuş Stiqlits əlavə edib.
Qəzetin sorğuladığı ekspertlərin fikrincə, hakimiyyətin Amerika Silikon Vadisi Bankının (SVB) iflasına tez reaksiya verməsi “dövlətdən maliyyə infuziyalarına öyrəşmiş sistemin kövrəkliyini göstərdi”.
Məqalədə “ABŞ-da bütün istehlak və kommersiya kreditlərinin yarıdan çoxunu təmin edən, faktiki olaraq tənzimlənməyən özəl bazarlar da daxil olmaqla yeni iqtisadi təhlükələrdən” bəhs edilir. (Marja)