Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilib.
Kreditlə və ya nisyə mal satanlara - NƏZARƏT GÜCLƏNDİRİLİR... - VİDEO
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, banklar üçün yeniliklər ondan ibarətdir ki, yoxlamalarla bağlı bütün prosedurlar Mərkəzi Bank haqqında qanunla tənzimlənir. Baş mühasib, filial rəhbəri, daxili audit xidmətinin rəhbəri və sair kimi rəhbər şəxslər üçün attestasiya tələbi ləğv edilir. Həmçinin yerli filial, şöbə və nümayəndəliklərin açılması prosesi sadələşdirilir, yəni, icazədən bildirişə keçirilir. İnnovativ məhsul və xidmətlərin bazara buraxılması üçün xüsusi tənzimləmə rejimi qanunvericiliyə salınır və bankların investisiya xidmətləri göstərmək imkanları artırılır.
Tahir Mirkişili qeyd edib ki, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olduqda bu məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. (Azərtac)