Ölkədə kreditlə və ya nisyə mal satan ticarət obyektlərinə nəzarət artırılır.
Nisyə və kreditlə mal satan mağazalara – NƏZARƏT BAŞLAYIR – 12 MİN MANAT CƏRİMƏ
FED.az xəbər verir ki, artıq belə yerlər müştəriləri barədə kredit məlumatlarını, yəni müştərilərin kredit tarixçələrini kredit bürosuna təqdim etməlidirlər. Məlumatları təqdim etməyən və ya düzgün ötürməyənlər isə 12 min manatadək cərimələnə bilər.
“Maraqlıdır görəsən İnzibati Xətalar Məcəlləsi üçün nəzərdə tutulan bu dəyişiklik məhsulların qiymətinə necə təsir edə bilər?”
İqtisadçıların sözlərinə görə, əlavə edilməsi planlaşdırılan bu maddə problemli kreditlərin azalmasına və qarşısının alınmasıa kömək edəcək. Çünki, mağazalar da müştərinin kredit tarixçəsini görə biləcəklər. Bu, həm də rəqabətyönümlü mühitin formalaşmasına və məsuliyyətsiz müştərilərin azalmasına şərait yaradacaq.
Bu dəyişikliklə şəffaflığa nail olmaq və vergidən yayınma hallarını aradan qaldırmaq mümkün olacaq. Ticarət obyektlərində qiymətlərin artıb-artmayacağı da ödənilən vergidəki şəffaflaşmadan asılıdır.
İqtisadçılar vurğulayıblar ki, şəffaflığın artması üçün atılan dolayı addımlar da qiymətləri artıra bilər. (Xezerxeber.az)