Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 sentyabr 2023-cü il tarixinə investisiya portfelinin 70,3%-ni ABŞ dolları təşkil edib (31 dekabr 2022-ci il tarixinə bu göstərici 68,6% olub – red.), bu da ilin əvvəlinə qeyd olunan göstərici ilə müqayisədə 1,7 faiz bəndi çoxdur.
Neft Fondundan valyuta satışı ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, Neft Fondunun 2023-cü ilin 9 ayının yekunlarına dair hesabatına görə, 2023-cü il 30 sentyabr tarixinə avro ARDNF-in investisiya portfelinin 19,2%-ni, funt sterlinq – 4,9%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,2%-ni, Rusiya rublu – 0,2%-ni, Çin yuanı – 1%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 2,2%-ni təşkil edib.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 6 481,7 mln. dollarlıq hissəsini (12,1%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 55 521,27 mln. dollara çatıb. (Apa)