2025-cü ilin mart 31-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 62 milyard 449.5 milyon ABŞ dolları təşkil edib.
Neft Fondu I rübdə büdcə öhdəliyini tam icra edib
FED.az xəbər verir ki, ümumi investisiya portfelinin 42.6%-ni istiqraz və pul bazarı alətləri ( 26 mlrd. 603.5 mln. dollar), 24.8%-ni səhmlər (15 mlrd. 487.5 mln dollar), 6.8%-ni daşınmaz əmlak (4 mlrd. 246.6 mln. dollar) 25.8%-ni isə qızıl ( 16.1 mlrd. dollar) təşkil edir.