Bu ilin I rübündə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 3 milyard 620,3 milyon manat təşkil edib.
Ötən il Neft Fondu 45 ton qızıl alıb - Bu il də davam edəcək
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və yaxud 13,3 % çoxdur.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, rüblük ödəniş tam icra edilib. (Report)