“Təqdim edilmiş məlumatlara əsasən Mərkəzi Bankın pul siyasətinin dəstəklənməsi məqsədilə Dövlət Neft Fondunun Mərkəzi Bankında olan hesablarında böyük həcimli vəsaitin qalığının olması, həmin vəsaitlərin Fondun idarəetməsindən (əlavə gəlir gətirmək imkanından) kənarda qalması müşahidə edilmişdir”.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəyində bildirilir.
Rəydə qeyd edilib ki, 30 sentyabr 2021-ci il tarixinə Fondun Azərbaycan Respublikası Mərkəzi Bankında olan hesablarında 1 milyard 530,5 milyon AZN (və ya 900,3 milyon ABŞ dolları) məbləğində vəsaiti cəmlənmişdir. (Marja)