Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri, xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisi reallaşacağı halda, 2023-cü ilin sonuna 51,7 milyard dollara çata bilər.
ARDNF-in investisiya portfelində ABŞ dollarının payı - 70%-DƏK ARTIB
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
"Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi Fondun aktivlərinin xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisi ilə müqayisədə təqribən 0,7 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olur. Belə ki, 1 yanvar 2024-cü il tarixinə Fondun aktivləri xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisinə nəzərən 40 ABŞ dolları ssenarisində 1,4 milyard ABŞ dolları az olmaqla 50,3 milyard ABŞ dolları, 80 ABŞ dolları ssenarisində isə 1,4 milyard ABŞ dolları çox olmaqla 53,1 milyard ABŞ dolları səviyyəsində gözlənilir" - Nazirlik əlavə edib.