Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini, əvvəlki kimi, ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 69,6% təşkil edib.
ARDNF 6 ayda 12 mlrd. manata yaxın - GƏLİR ƏLDƏ EDİB
FED.az xəbər verir ki, bu barədə fondun məlumatında deyilir.
2023-cü il iyunun 30-na olan vəziyyətə görə, ARDNF-in aktivləri $54 milyard 915,07 milyon təşkil edib, bunun $0,83 milyonu Azərbaycan manatına ekvivalentdir, qalanı digər valyutalarda yerləşdirilib.
2023-cü il iyunun sonuna olan vəziyyətə görə, ARDNF-in investisiya portfeli $54 milyard 914,25 milyona bərabərdir.
Fondun investisiya portfelinin strukturunda 69,6% ABŞ dolları (2022-ci ilin yekunları üzrə 68,6%), 19,6% avro (2022-ci ilin sonuna 20,4%), 4,9% funt sterlinq (5,2%), 0,6% Avstraliya dolları (0,6%), 0,3% türk lirəsi (0,4%), 0,2% rus rublu (0,3%), 1% Çin yuanı (1,1%), 1,4% yapon yeni (1,3%), 2,5% digər valyutalarda (2,1%) yerləşdirilib.
Fondun investisiya portfelinin 60,1%-i istiqrazlarda və pul bazarı alətlərində (2022-ci ilin sonuna 62,1%), 22,9%-i səhmlərdə (2022-ci ilin sonuna 19,6%), 5,5%-i daşınmaz əmlakda (2022-ci ilin sonuna 6,2%) yerləşdirilib. Qızılın payı 11,5% (2022-ci ilin sonuna 12,1%) təşkil edir ki, bu da 101,8 tona ekvivalentdir (2022-ci ilin sonuna 101,8 ton).
ARDNF-in vəsaitlərinin 96,4%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 37,1%-i Şimali Amerika ölkələrində, 28,1%-i Avropa ölkələrində, 15,2%-i Asiya-Sakit okean regionu ölkələrində, 0,1%-i Cənubi Amerika ölkələrində, 0,3%-i Yaxın Şərq ölkələrində, 0,6%-i Avstraliya və Yeni Zelandiyada, 7,1%-i beynəlxalq təşkilatlarda, 11,5%-i isə qızılda yerləşdirilib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.(İnterfaks-Azərbaycan)