Dövlət Neft Fondunun vəsaitləri kəskin artıb.
Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri - AÇIQLANIB
Fonddan FED.az-a verilən məlumata görə, 2023-cü ildə Dövlət Neft Fondunun vəsaitləri təqribən 4,4 milyard dollar artıb.
Belə ki, 2023-cü ilin əvvəlinə Neft Fondunun aktivləri 49 milyard 033,6 milyon ABŞ dolları olduğu halda 2023-cü il martın 31-ə ARDNF-nin aktivləri 53 milyard 437,6 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə artım 4,4 milyard dollar və ya 9% təşkil edib.