Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 3 ayı ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
2023-cü ilin yanvar ayında Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb - SİYAHI
ARDNF-dən FED.az-a verilən məlumata görə, AÇG yatağından - bu ilin əvvəlindən aprelin 1-i tarixinə 2 044 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə ilin əvəəlindən 1 aprel tarixinə 646,359 mln. ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 128,166 mln. ABŞ dolları təşkil edib.