Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən iyul ayı ərzində valyuta hərraclarında 461,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: Elman Rüstəmov: "Bu günə Neft Fondu valyuta satışlarında 539 mln. dollar qənaət edib"
FED.az xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Xatırladaq ki, Neft Fondu iyundakı valyuta hərraclarında 463,6 milyon dollar satmışdı.
ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.