Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il 55 valyuta hərracında 3,23 mlrd. ABŞ dolları satıb və hərracların 87%-də təklif tələbi üstələyib.
Eləcə də bax: "4 aydır bankların nağd valyuta alışları satışlarını üstələyir" - ELMAN RÜSTƏMOV
FED.az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, nəticədə ARDNF hərraclarda qənaət edib və bu günə Fondun qənaəti 539 mln. dollar təşkil edir.
"Valyuta bazarında isə profisit var və tam tarazlıq hökm sürür", - deyə AMB-nin rəsmisi bildirib.
Xatırladaq ki, aprelin 30-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən E. Rüstəmov bildirmişdi ki, Neft Fondun hərraclardan sonra 140 mln. dollar qənaət edib.
Qeyd edək ki, bu ilin ilk yarısında Neft Fondu valyuta satışlarını 28,7% azaldıb. (Apa)