Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrə investisiyaları azalıb və inkişaf etməkdə olan ölkələrə isə artıb.
Eləcə də bax: ARDNF investisiya portfelində ABŞ dollarının payını təxminən - 69%-ə Qədər Artırıb
FED.az Neft Fondunun 2021-ci ilin ilk rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il aprelin 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,47 faizi inkişaf etmiş ölkələr, 21,70 faizi inkişaf etməkdə olan ölkələr təşkil edib.
Keçən ilin sonuna isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,26 faizi inkişaf etmiş ölkələr, 20,73 faizi inkişaf etməkdə olan ölkələr təşkil edirdi. (Azərtac)