Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 68,6%-dək artıb. Bu barədə fondun məlumatında deyilir.
Eləcə də bax: Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi - Açıqlanıb
FED.az xəbər verir ki, “2021-ci il martın 31-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $42 milyard 761 milyon təşkil edib, bunun $0,29 milyonu Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
2021-ci il martın sonuna olan vəziyyətə görə, ARDNF-in investisiya portfeli $42 milyard 760,99 milyona bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 68,6% ABŞ dolları (2020-ci ilin yekunları üzrə 68%), 19,7% avro (2020-ci ilin sonuna 20,3%), 5,2% funt sterlinq (2020-ci ilin sonuna 5,3%), 0,6% Avstraliya dolları (2020-ci ilin sonuna 0,6%), 0,6% türk lirəsi (2020-ci ilin sonuna 0,7%), 0,6% rus rublu (2020-ci ilin sonuna 0,5%), 1,3% Çin yuanı (2020-ci ilin sonuna 1,3%), 1,5% yapon yeni (2020-ci ilin sonuna 1,5%), 1,9% digər valyutalarda (2020-ci ilin sonuna 1,8%) yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 29%-i Avropa ölkələrində (2020-ci ilin sonuna 29,26%), 25,89%-i Şimali Amerika ölkələrində (2020-ci ilin sonuna 24,96%), 23,8%-i Asiya-Sakit okean regionu ölkələrində (2020-ci ilin sonuna 23,48%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 64%-i istiqrazlarda və pul bazarı alətlərində (2020-ci ilin sonuna 63,8%), 17%-i səhmlərdə (2020-ci ilin sonuna 15,9%), 6,1%-i daşınmaz əmlakda (2020-ci ilin sonuna 6,1%) yerləşdirilib. Qızılın payı 12,9% (2020-ci ilin sonuna 14,2%) təşkil edir ki, bu da 101,8 tona ekvivalentdir (2020-ci ilin sonuna 101,8 ton).
ARDNF-in vəsaitlərinin 89,9%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.(İnterfaks)