Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ildə rəhbər işçilərə ödənişlərini açıqlayıb.
Eləcə də bax: Mayda Neft Fondunun gəlirləri – MİNİMUMA DÜŞÜB – 3 QAT AZALMA
FED.az xəbər verir ki, ötən il fondun rəhbərliyinə daxil olan Əsas idarəedici heyət üzvləri - 3 top menecer - ümumilikdə 282 min manat qısamüdətli ödəniş – əmək haqqı alıb. Bura Fondun İcraçı Direktoru, İcraçı Direktorun Müavini və Maliyyə və Əməliyyatlar Müdiriyyətinin Müdiri aiddir. Bundan başqa, ötən il bu ödənişlərə görə, 82 min manat sosial sığorta ödənişi edilib.
Azərbaycanda bank rəhbərlərinə ödənilən bonuslar – SİYAHI, MƏBLƏĞLƏR
Qeyd edək ki, Neft Fondu rəhbərlərinin əmək haqları əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2018-ci ildə Neft Fondunun 3 rəhbər işçisi ümumilikdə 299 min manat əmək haqqı almışdı.
Xatırladaq ki, Neft Fondu 2019-cu ili 4 milyard 316,2 milyon manat xalis mənfəətlə başa vurub. 2018-ci ildə isə illik xalis zərər 768,4 milyon manat idi.