May ayında Dövlət Neft Fondunun gəlirləri ilin əvvəlindən bəri ən aşağı həddə düşüb.
Bu barədə FED.az-a fonddan bildirilib.
Eləcə də bax: Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli - AÇIQLANDI
İlk iki ayda AÇG yatağından 1 005 mln. dollar əldə edilib. Bunun 69 milyon dolları Şahdəniz yatağı üzrə kondensatın satışından daxil olub.
Neft Fondunun məlumatından ayjdın olur ki, ilk iki ayda «Şahdəniz» yatağı üzrə qazın satışından vəsait əldə edilməyib.
Mart ayında satışlar kəskin artıb. Belə ki, həmin ay neftin satışından 666 milyon dollar, o cümlədən «Şahdəniz» yatağı üzrə kondensatın satışından 31 milyon dollar (ilin əvvəlindən 100 milyon dollar) əldə edilib.
Mart ayında «Şahdəniz» yatağı üzrə qazın satışından gəlirlər daxil olmağa başlayıb və bir ayda bu məbləğ 50 milyon dollar olub.
Apreldə neftin satışından daxil olmalar azalaraq 312 mmilyon dollar təşkil edib. Bu mart ayının göstəricisindən 2 dəfədən də azdır.
O cümlədən, «Şahdəniz» yatağı üzrə kondensatın satışından cəmi 12 milyon dollar daxil olub – martdan 3 dəfə az.
«Şahdəniz» yatağı üzrə qazın satışından əldə olunan gəlirlər isə apreldə cəmi 9 milyon dollar olub.
May ayında AÇG yatağından neft satışından daxil olmalar minimukm həddə düşüb. Ötən ay neftin satışından cəmi 123 milyon dollar əldə edilib. Bu ilk 5 aylıq dövr üçün orta göstəricidən 3,4 dəfə, aprelin göstəricisindən 2,5 dəfə, mart ayının göstəricisindən isə 5,4 dəfə azdır. Ümumilikdə ilk 5 ayda AÇQ yatağından neft satıhşından 2 milyarod 106 mln. dollar vəsait daxil olub
Mayda «Şahdəniz» yatağı üzrə kondensatın satışından əldə edilən vəsaitlər də azalıb və cəmi 8 milyon dollar olub. Üumumilikdə 5 ayda bu vəsait 120 mln. ABŞ dolları t əşkil edib.
May ayında «Şahdəniz» yatağı üzrə qazın satışından əldə olunan gəlirlər də kifayət qədər azalıb – cəmi 7 milyon dollar. Bu - martın göstəricisindən 7 dəfə, aprelin göstəricsindən isə 1,3 dəfə azdır. Ümumilikdə ilin əvvəlindən bəri Neft Fonduna «Şahdəniz» qazının satışından 66 milyon dollar vəsait daxil olub.