Azərbaycanın tədiyyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 40-45 ABŞ dolları olmalıdır.
Devalvasiyadan və qanunların dəyişməsindən qorunma + dövlət dəstəyi – DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞI QANUNU NECƏ İŞLƏYƏCƏK
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
"Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur", - deyə o qeyd edib.
XXX
Vurğulamaq lazımdır ki, neftin qiymətinin 40-45 ABŞ dollarına düşməsi dərhal devalvasiya baş verəcəyi demək deyil. Qiymətlər bu səviyyələrə düşərsə və uzun müddət bu səviyyələrdə qalarsa devalvasiya ehtimalı arta bilər.
Qeyd edək ki, tədiyyə balansı mənfi olarasa (kəsir) bu, devalvasiya ehtimalını artırır. Çünki idxalı məhdudlaşdırmaq və ölkədən valyuta axınını azaltmaq üçün Dolların bahalaşdırılması da tələb olunur.
İqtisadi ədəbiyyata görə, devalvasiya - ölkənin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün həyata keçirilən tədbirlərdən biridir. Başqa sözlə, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən ölkə daxilində idxal mallarına tələbi azaldaraq (idxal malları bahalaşdığı üçün) valyuta qənaəti təmin etmək məqsədlərini güdür. İxrac gəlirlərinin artması və idxalın azalması ilə cari əməliyyatlar balansının kəsiri aradan qaldırılır. Devalvasiyaya gedən ölkələr ixracada rəqabət üstünlüyü qazana bilirlər. Ancaq devalvasiyanın müsbət tərəfləri ilə bərabər mənfi tərəflərinin də olduğu mütəxəssislər tərəfindən vurğulanır. Yüksək xarici borca malik ölkələrdə, bu yükün daha da artması ilə nəticələnən devalvasiyanın, malları, o cümlədən avadanlıq və texnologiya idxalını daha bahalı edərək ölkədə qiymət artımının baş verməsinə səbəb olur. Ərzaq məhsullarının böyük bir hissəsini xaricdən idxal edən ölkələr devalvasiya nəticəsində məhsulları daha bahalı alımalı olurlar və nəticədə sosial problemlər də dərinləşir. (Report, Marja)