"Növbəti 7 ay üçün neftin büdcədə qiymətini 70%-ə kimi artırırıq"
Eləcə də bax: Nazir: Neftin qiyməti büdcədə istinad götürülən qiyməti - 2 Dəfədən Artıq Üstələyib
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bildirib ki, 85 dollar orta illik qiymət olaraq götürülüb: "Orta illik qiymət o deməkdir ki, 5 ay ərzində faktiki satış qiyməti nəzərə alınıb. Çünki, bu, daha yüksəkdir. Konyuktur neft hasil edən ölkələr üçün çox münbit olub. Növbəti 7 ay üçün hökumətin büdcə layihələrinə dəyişiklik nəzərdə tutulub. Həmin layihədə illik qiymət 85 dollar olacaq. Bu isə o deməkdir ki, növbəti 7 ay üçün qiymət proqnozunu 50 dollardan 70%-ə qədər artırırıq. Bunun nəticəsində illik 85 dollarlıq qiymət alınacaq". (Apa)