ABŞ-ın nəhəng investisiya bankı Morgan Stanley 2025-ci ildə Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEEMEA) regionunda ən yaxşı performans göstərən valyutalardan birinin Türk lirəsi olacağını proqnozlaşdırır. Bank eyni zamanda qızılın qiymətinin ilin sonuna qədər 2 700 dolların altına düşəcəyini bildirir.
Türkiyə lirəsi dollar qarşısında antirekordunu yeniləyib
FED.az xəbər verir ki, “Proqnozlarımıza əsasən, Türk lirəsi CEEMEA regionunda ən yaxşı göstəriciyə malik valyutalardan biri olacaq,” – deyə Morgan Stanley analitikləri bildiriblər. Xarici valyuta bazarlarındakı mümkün qeyri-müəyyənliklərə baxmayaraq, lirənin güclü performansı qoruyacağı və investorlar üçün məzənnə risklərini minimuma endirəcəyi gözlənilir.
Morgan Stanley-nin USD/TRY məzənnəsi üzrə proqnozları belədir:
- 2025-ci ilin 1-ci rübü: 36,50
- 2025-ci ilin 2-ci rübü: 38,00
- 2025-ci ilin 4-cü rübü: 41,00
- 2026-cı ilin 4-cü rübü: 44,00
Qızıl 2 700 dolların altına düşəcək
Morgan Stanley həmçinin qızıl bazarındakı gözləntiləri ilə bağlı vacib fikirlər irəli sürüb. Tariff qeyri-müəyyənlikləri və mərkəzi bankların güclü tələbi fonunda bahalaşan qızılın qiymətində eniş gözlənilir.
İnvestisiya bankının proqnozlarına əsasən, qızılın qiyməti 2025-ci ilin dördüncü rübündə 2 700 dollara qədər enəcək. Bu, əsasən tələbin azalması və təklifin artması ilə izah olunur.
Bu ilin əvvəlindən etibarən qızılın bir unsiya üçün qiyməti 9,3% artaraq 2 900 dolları keçib. Ancaq analitiklər uzunmüddətli perspektivdə qızıl bazarında müəyyən geriləmələrin baş verəcəyini düşünürlər.