Beynəlxalq kredit reytinqi agentliyi Moody's Türkiyənin kredit reytinqini "B3"dən "B1"ə yüksəldib və kredit reytinqinin proqnozunu "müsbət" olaraq saxlayıb.
Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı azalıb
FED.az xəbər verir ki, kredit reytinqinin yüksəldilməsinin əsas səbəbləri idarəetmədəki təkmilləşdirmələr və xüsusən də ortodoksal (ənənəvi və ya qəbul olunmuş) pul siyasətinə qayıdış olmuşdur.
Moody's-in yaydığı məlumatda, "İnflyasiya və daxili tələb mülayimləşməyə başladıqca, inflyasiya təzyiqlərinin qarşıdakı aylarda azalacağına və 2025-ci ildə artacağına inamımız artır", -deyilir.
Moody's 2024-cü ilin Dekabr ayında inflyasiyanın 45 faizdən aşağı düşəcəyini gözləyir, 2025-ci ilin sonu üçün inflyasiya proqnozunu isə 38 faizdən 30 faizə endirilib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının pul siyasətinin etibarını sürətlə artırdığı vurğulanıb ki, bu da türk lirəsinə inamın yaranmasına kömək edib.
Bundan əlavə, məlumatda sərt siyasət mövqeyinin Türkiyənin yüksək xarici kövrəkliyini əhəmiyyətli dərəcədə azaltdığına diqqət çəkilib və "müsbət" proqnozun yuxarı yönlü risklərin balanslı olmasını əks etdirdiyi qeyd edilib.
Yanvar ayında Moody's Türkiyənin "B3" kredit reytinqini dəyişməyərək, proqnozunu "sabit"dən "müsbət"ə yüksəltmişdi. (Marja)