“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın xarici və milli valyutalarda uzunmüddətli reytinqini “Aa3” səviyyəsində təsdiqləyərək, proqnozunu “stabil”dən "neqativ"ə (mənfi) endirib.
Eləcə də bax: Britaniyanın baş naziri 6 həftədən sonra - İSTEFA VERDİ
FED.az xəbər verir ki, ölkənin mərkəzi bankının (İngiltərə Bankı) Aa3 reytinqi üzrə proqnoz da stabildən mənfiyə endirilib.
“Proqnozun sabitdən neqativə dəyişməsi zəif iqtisadi artım və yüksək inflyasiya fonunda siyasətdə qeyri-müəyyənliyinin artması ilə bağlı olub. “Aa3” reytinqinin təsdiqlənməsi Böyük Britaniyanın zəngin, rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadiyyatı ilə dəstəklənən iqtisadi dayanıqlığını əks etdirir. "- Moody's izah edir.
Agentlik ilin əvvəlindən ölkədə ÜDM artımının yavaşlamasını qeyd edir ki, onun fikrincə, bu, növbəti rüblərdə də davam edəcək. 2023 və 2024-cü illərdə isə Britaniya iqtisadiyyatının artımı orta hesabla 0,3% olacaq.
Agentlik Böyük Britaniyada inflyasiyanın növbəti 6 ayda 11%-ə çatacağına inanır və nəticədə mərkəzi bankın monetar siyasətinin daha da sərtləşdirilməsini gözləyir və bu, iqtisadi artıma təzyiq göstərməlidir. (Marja)