“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a3" səviyyəsindən "a2" səviyyəsinə qaldırıb.
Eləcə də bax: “Moody's” Azərbaycanın - Reytinqinə Yenidən Baxıb
FED.az xəbər verir ki, ölkənin maliyyə dayanıqlığı reytinqinin hazırkı səviyyədə olması Azərbaycanın güclü xalis kreditor mövqeyi ilə dəstəklənir. Ölkənin suveren fondlarının həcmi bütün birbaşa dövlət borclarını və zəmanətlərini qarşılaya bilir.
Qeyd edək ki, hazırda “Moody's” Azərbaycanın kredit reytinqini “Ba2” səviyyəsində qiymətləndirir. (Apa)