"Moody`s Investors Service" Beynəlxalq reytinq agentliyi çərşənbə axşamı Azərbaycanın uzunmüddətli emitent və təminatsız borc reytinqini "Ba2" səviyyəsində təsdiq edib.
Eləcə də bax: Azərbaycanın bank sisteminə dair proqnoz “mənfi”dən “sabit”ə qalxdı
FED.az xəbər verir ki, agentliyin məlumatında qeyd olunur ki, reytinq üzrə proqnoz “sabit”dən “müsbət”ə yaxşılaşdırılıb.
Müsbət proqnoz “Moody`s”in siyasətin idarə olunması, xüsusilə effektivliyinin yaxşılaşması ilə bağlı qiymətləndirməni əks etdirir, bu da hökumətin kredit profilinin dayanıqlığını artıra bilər.
“Xüsusilə, pul-kredit və makroiqtisadi siyasət təməllərinin təkmilləşdirilməsi mümkün sarsıntılar qarşısında xarici və bank sektorlarında stabilliyə imkan yarada bilər, baxmayaraq ki, mühüm dərəcədə büdcə vəsaitlərinin gələcək səmərəli istifadəsi kontrsiklik xərcləri həyata keçirməyə imkan verəcək və büdcə göstəricilərinin və hökumətin borc göstəricilərinin pisləşməsini məhdudlaşdıracaq”, - məlumatda deyilir.
Agentliyin ekspertlərinin qiymətləndirmələrinə əsasən, reytinqin təsdiq olunması Azərbaycanın kredit gücünü, həmçinin neft-qaz layihələrinin reallaşdırılmasını dəstəkləyən nisbi daxili siyasi sabitliyi nümayiş etdirir.
“Eyni zamanda, iqtisadi şaxələndirilmə səbəbindən hələ də məhdud perspektivlər, institusional zəiflik, həmçinin qonşu Ermənistan ilə geosiyasi gərginlik daxil olmaqla, kredit problemləri qalmaqdadır”, - hesabatda vurğulanır. (İnterfaks)